Kinoloji Mərkəz yarışlarda uğurla iştirak edib FOTOLAR

Kinoloji Mərkəz yarışlarda uğurla iştirak edib FOTOLAR

Müstəqil Dövlətlər Birliyi gömrük orqanlarının kinoloji xidmətlərinin və xidməti axtarış itlərinin çoxnövçülük üzrə VI yarışları keçirilib. SİA-nın məlumatına görə, Rusiya Federal Gömrük Xidmətinin Kinoloji Mərkəzinin bazasında təşkil olunmuş yarışlarda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzi də uğurla iştirak edib.

DGK-nın Kinoloji Mərkəzi bu yarışlarda narkotik vasitələrin minik maşınlarında axtarışı üzrə mərhələdə 1-ci və 3-cü yerlərə, narkotik vasitələrin əl yüklərində axtarışı üzrə mərhələdə 3-cü yerə layiq görülüb. Ümumi komanda hesabında isə DGK-nın Kinoloji Mərkəzi bürünc medala layiq görülərək 3-cü yeri qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə