SOCAR və Malayziyanın "PETRONAS (E&P) OVERSEAS VENTURES SDN. BHD" ("Petronas") şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Qoşadaş" perspektiv strukturunun daxil olduğu blokun kəşfiyyatı, işlənilməsi və karbohidrogenlərin hasilatına dair Anlaşma Memorandumu imzalanıb.
SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, memorandumun şərtlərinə əsasən şirkətlər 6 ay ərzində layihə üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("PSA") əsas kommersiya prinsiplərini və şərtlərini razılaşdırmalıdırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB