Yanvar-iyul aylarında informasiya və rabitə xidmətlərinin həcmi 12,5 faiz artıb
Bu ilin ilk yeddi ayında informasiya və rabitə müəssisələri tərəfindən hüquqi və fiziki şəxslərə göstərilən 955,7 milyon manatlıq xidmətlərin 72,1 faizi əhali sektoruna aid olub. Dövlət Statistika Komitəsindən bildirilib ki, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-iyul aylarında informasiya və rabitə xidmətlərinin həcmi 12,5 faiz artıb. Bu sahədə əldə edilmiş gəlirin 81,9 faizi qeyri-dövlət sektorunun payına düşüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB