VTB səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək

VTB səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək

26 iyul 2016-ci il tarixində bank VTB (Azərbaycan)-nın səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı keçiriləcək. Tədbir bankın baş ofisində, Xətai prospekti 38 ünvanında saat 11:00-da olacaq. İclasın gündəliyinə bankın səhmdarlarının növbədənkənar Ümumi Yığıncağının katibinin seçilməsi, Müşahidə şurasının və Audit Komitəsinin tərkibi haqqında məsələlər daxildir.

Qeyd edək ki, Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və "AtaHolding" ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcə də fiziki şəxslərə xidmət göstərir. Bu gün bank baş ofis yanında Müştəri xidmətləri İdarəsi də daxil olmaqla 15 filial ilə təmsil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə