Dünya bazarında qızılın qiyməti ucuzlaşıb. SİA-nın xəbərinə görə, COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 1,90 dollar ucuzlaşaraq 1 252,90 dollara, gümüş isə 0,06 dollar artaraq 16,55 dollara satılıb.
Amerika və Avropa fond indekslərinin qiymətində isə bahalaşmaq qeydə alınıb. Belə ki, Amerika fond bazarında Dow Jones indeksi 0,38% - 17 500,94 bəndədək, S&P 500 0,60% - 2 052,32 bəndədək, NASDAQ 1,21% - 4 769,56 bəndədək artıb. Avropa fond bazarlarında FTSE 100 indeksi 1,70% - 6 156,32 bəndədək, Almaniya DAX-ı 1,23% - 9 916,02 bəndədək, Fransa CAC-40-ı 1,67% - 4 353,90 bəndədək bahalaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB