Nazir müavini Türkiyədə səfərdə olub

Nazir müavini Türkiyədə səfərdə olub

Kənd təsərrüfatı nazirinin müvani İlham Quliyevin başçılıq etdiyi nümayəndə heyəti Türkiyə Respublikasının Antalya şəhərində keçirilən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa üzrə 30-cu Regional Konfransında iştirak etmək məqsədilə Türkiyədə səfərdə olub. Nazirlikdən SİA-ya verilən məlumata görə, təşkilatın Avropa və Mərkəzi Asiya üzrə ali rəhbər orqanı hesab olunan və hər iki ildən bir keçirilən Regional Konfrans regiona daxil olan Üzv Ölkələrin Kənd Təsəsrrüfatı Nazirləri və digər rəsmilərin bir araya gələrək ərzaq və kənd təsərrüfatı sahəsində problemlər və məsələlər üzrə debatların aparıldığı və bununla da regional inkişafı irəli şəkən, dəstəkləyən bir rəsmi forumdur.

Regional Konfransın gündəliyinə Təşkilatın Avropa və Mərkəzi Asiya regionu üçün növbəti iki il üzrə Təşkilatın əsas fəaliyyət istiqamətlərinin, prioritetlərin müəyyən edilməsi və 2016-2017-ci illər üzrə İş Proqramı və Büdcə layihəsinin müzakirə edilməsi, həmçinin FAO-nun region üzrə desentralizasiya siyasəti (ölkə ofisləri) üzrə debatların aparılması daxil edilib. Nazir müavini İlham Quliyev FAO-nun Avropa üzrə 30-cu Regional Konfransının sədr müavini seçilib.

Görüşdə Baş Direktor Azərbaycan Hökuməti ilə FAO arasında əməkdaşlığın daha da gücləndirilməsində Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın dəstəyini xüsusi vurğulayıb. Baş Direktor Fondun Vitse Prezidenti və FAO-nun Xoşməramlı Səfiri Leyla xanım Əliyevanın FAO məqsədlərinin və missiyasının qlobal, regional və milli səviyyələrdə həyata keçirilməsində, ölkədə yeni yaradılmış FAO Ofisinin səmərəli fəaliyyətində oynadığı rolu və töhfəni qeyd edib.

Nazir müavini İlham Quliyev ölkədə aqrar sahədə və ərzaq təhlükəsizliyinin təmin edilməsində qazanılan nailiyyətlərdən, aparılan islahatların verdiyi müsbət nəticələrdən və fermerlərə dövlət dəstəyinin ildən-ilə artmasından danışıb. Baş Direktor FAO ilə Azərbaycan arasında Cənub-Cənub Əməkdaşlığının inkişaf etdirilməsi, Azərbaycanlı mütəxəssislərin iştirakı ilə regionda Dayanıqlı İnkişaf Məqsədlərinə (SDG) nail olunmasının dəstəklənməsi məqsədilə Azərbaycanın aqrar sahədə əldə etdiyi uğurlu təcrübələrin başqa ölkələrdə tətbiqinin vacibliyini qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə