"Azərbaycana idxal olunan bütün məhsullara 18 faizlik ƏDV-nin tətbiq edilməsi düzgün deyil". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin bugünkü iclasında deputat Cavid Qurbanov çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bütün idxal olunan məhsullara 18 faiz ƏDV-nin tətbiqi iqtisadiyyatın, xüsusən də qeyri-neft sektorunun inkişafına maneçilik yaradır: "Ona görə də biz ölkəyə idxal olunan vacib bir sıra məhsullara və avadanlıqlara ƏDV-nin həcmini azaltmalıyıq və ya onları ƏDV-dən azad etməliyik. Məsələn, biz dəmiryolunun inkişafı üçün xaricdən elə avadanlıqlar alırıq ki, onlar nə Azərbaycanda istehsal olunur, nə də təmir olunur. Amma biz bundan ötrü çox böyük miqdarda ƏDV ödəyirik. Biz bilmirik ki, kredit alıb avadanlığı ölkəyə gətirik və ya hansısa formada böyük həcmli ƏDV ödəyək. Bu məsələyə diqqətlə yanaşıb, problemi çözməyə çalışmalıyıq. Bu məsələləri qanunda baza kimi Nazirlər Kabinetinə tapşırıla bilər. Onlar hansısa müddətdə ƏDV-nin azad edilməsi və ya müəyyən müəddətə ləğv edilməsini həyata keçirə bilərlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB