"Həftənin ilk günündə neftin dünya bazarında qiymətində enmə müşahidə edilirdisə, bu gün yüksəlmə müşahidə edirik. Enmənin əsas səbəblərindən biri isə neft bazarı ilə bağlı bir sıra hesabatların dərc edilməsi idi". Bu fikirləri SİA-ya "Caspian Barrel" Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib.
Ekspert bildirib ki, aprel ayında OPEK ölkələrinin gündəlik hasilatı mart ayı ilə müqayisədə birdən-birə 484 min barel artaraq 33 mln 217 min barel təşkil edib: "Hələ indiyə qədər, 1989-cu ildən bəri OPEK ölkələri bu səviyyədə neft hasil etməmişdi. Digər tərəfdən isə məlum oldu ki, İran artıq neft ixracını sutkada 2,3 milyon barelə qədər artıra bilib. Məhz bu informasiyaların ictimailəşdirilməsi bazar iştirakçılarına ciddi bir siqnal oldu. Nəticədə neft qiymətləri 48 dollardan 44,7 dollaradək ucuzlaşdı. Bu gün isə artıq neft yenidən 45 dollaradək bahalaşıb. Yəni bazarda yüksək enmədən sonra bir qədər özünəgəlmə prosesi baş verir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB