Azərbaycan “WSIS -2016”da təmsil olunur

Azərbaycan “WSIS -2016”da təmsil olunur

Cari ilin 2-6 may tarixlərində Cenevrədə (İsveçrə) "WSIS -2016" - İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin (World Summit on the Information Society) Forumu öz işinə başlayıb. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbirin təşkilatçıları qismində BMT-nin bir sıra təsisatları, o cümlədən Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ), Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD ), İnkişaf Proqramı (UNDP), Təhsil, Elm və Mədəniyyət Təşkilatı ( UNESCO) çıxış edir.

İnformasiya-kommunikasiya texnologiyaları sahəsində dünyanın ən böyük illik yığıncağı olan "WSIS -2016"-da Azərbaycan nümayəndə heyəti də iştirak edir.

Tədbir çərçivəsində keçirilən yüksək səviyyəli görüşdə - Nazirlər Toplantısında Azərbaycan nümayəndə heyətinin çıxışı, həmçinin ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə