Vergilər Nazirliyi proqnoz tapşırığına 101,4 faiz əməl edib

Vergilər Nazirliyi proqnoz tapşırığına 101,4 faiz əməl edib

Bu ilin yanvar-mart ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 1 milyard 542 milyon 401,2 min manat vəsait daxil olub. Bu isə o deməkdir ki, proqnoz tapşırığına 101,4 faiz əməl edilib. SİA Vergilər Nazirliyinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,65% azalma müşahidə olunub.

Hesabat dövründə 28 434 vergi ödəyicisi qeydiyyata alınıb.

Qeyd edək ki, 2015-ci ilin yanvar-mart ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 1 600 752,0 min manat vəsait daxil olub, proqnoz tapşırığına 103,0% əməl edilib

Bütün xəbərlər Facebook səhifəmizdə