"Azərsu" sədri: “600 minə qədər sayğacsız abonentimiz var” AÇIQLAMA
"Regionlarda layihələrin icrası zamanı bütün ərazilərdə əhali abonentləri üçün sayğacların quraşdırılması nəzərdə tutulub. Lakin Abşeron yarımadasında sayğacquraşdırma prosesi bir qədər fərqlidir. Yəni ayrıca sayğacquraşdırma layihələri icra olunmaqdadır. Təbii ki, bu gün bizim Abşeron yarımadasında təxminən 600 minə qədər sayğacsız abonentimiz vardır. Onların bir qismi mexaniki sayğac alır, 400-ə yaxın qism isə tamamilə sayğacsızdır". Bunu SİA-ya "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Qorxmaz Hüseynov deyib.
Onun sözlərinə görə, sayğaclar olmayan halda isə vətəndaşlarla, istehlakçılar və "Azərsu" ASC arasında müəyyən problemlər yaşanır: "Buna misal olaraq, su itkisini, suyun ölçüsü baxımından və s. ödəniş problemlərini göstərə bilərik. Təbii ki, bunu da qarşısını almaq üçün "smart sayğac"ların qoyulması ilə bağlı artıq işləri icra edirik. "Smart sayğac"ların qoyulması vətəndaşlarla, istehlakçılar və "Azərsu" ASC arasındakı bütün problemləri ortadan qaldırır. Bu baxımdan "smart sayğac"ların qoyulması çox önəmli məsələdir. Artıq biz bununla bağlı da tender elanına hazırlaşırı. Yaxın zamanda bu tender elan olunacaq. Təxminən iki aydan sonra bu işlərin icrasına başlanılacaq. İlk növbədə biz çalışacayıq ki, daha çox su istifadə edən əhalinin sayğaclarının qoyulmasını ön plana çəkək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB