Millət vəkili: “Hektarlarla torpaq çəpərlənib, istifadəsiz qalıb”
"Kənd Təsərrüfatı Nazirliyi Əmlak Məsələləri üzrə Dövlət Komitəsi ilə birgə torpaqların monitorinqini aparmalıdır". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bugünki iclasında çıxış edən komitə sədrinin müavini Eldar Quliyev deyib.
O bildirib ki, bununla bağlı komitə tərəfindən dəfələrlə məsələ qaldırlısa da hələ ki, lazımı nəticələr əldə edilməyib: "Burada söhbət kiminsə məsuliyyətə cəlb edilməsindən getmir. Əsas məsələ torpaqların istifadəçiyə verilməsindən və orada məhsul yetişdirilməsindən ibarətdir. Bu gün hektarlarla torpaqlar çəpərlənib, lakin istifadəsiz qalıb. Orada nə əkin işləri aparılır, nə də hansısa məsələlər üçün istifadə olunur. Bu baxımdan Kənd Təsərrüfatı Nazirliyi ilə Əmlak Məsələləri üzrə Dövlət Komitəsi birgə işçi qrupu yaradıb bu cür torpaqların monitorinqini keçirə bilər və düşünürəm ki, biz də həmin monitorinqlərdə iştirak edə bilərik".
E. Quliyev söyləyib ki, kənd təsərrüfatı sahəsinin inkişafı torpaqdan başlayır: "Ötən il ölkəmizdə Kənd təsərrüfatı ili idi. Ölkə başçısı cari ildə də bildirdi ki, biz hər il kənd təsərrüfatı ili elan edəcəyik. Bu sahədə görülən işlər hər zaman davam etməlidir. Məqsədimiz ərzaq təhlükəsizliyimizi təmin etmək və idxaldan ixraca keçməkdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB