Azərbaycan Mərkəzi Bankının (AMB) elan etdiyi yeni məzənnə rejiminə uyğun olaraq ABŞ dollarının manata nəzərən məzənnəsi ABŞ Federal Ehtiyat Sisteminin (FES) hansı qərar qəbul etməsindən yox, valyuta bazarındakı tələb-təklif nisbətindən asılı olaraq formalaşır. SİA xəbər verir ki, bu barədə AMB sorğuya cavab olaraq bildirib.
Sorğu FES-in son iclasında uçot dərəcəsi ilə bağlı qəbul olunan qərarın manatın məzənnəsinə təsiri ilə bağlı olub: "Xarici valyutaya olan tələb əsasən tədiyyə balansının vəziyyətindən, yəni ölkəyə daxil olan və ölkədən çıxan xarici valyutanın həcmindən asılıdır. Aparılan təhlillər göstərir ki, 2015-ci ildə məzənnədə baş vermiş dəyişikliklər ölkənin tədiyyə balansına tarazlaşdırıcı təsir göstərməkdədir. Bundan başqa ölkədə dedollarizasiya istiqamətində görülən tədbirlər də valyutaya tələbə təsir göstərən mühüm amillərdəndir".
Qeyd edək ki, FES-in 15-16 mart tarixlərində keçirdiyi iki günlük iclasın yekununda uçot dərəcəsi dəyişməyərək 0,25-0,50% diapazonunda saxlanıb. Bu qərardan sonra dollar əksər valyutalara nəzərən ucuzlaşmağa başlayıb. (apa)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB