Nazirlik regional müşavirə keçirəcək

Nazirlik regional müşavirə keçirəcək

Azərbaycan Respublikası kənd təsərrüfatı nazirliyinin təşkilatçılığı ilə 11 mart 2016-cı il tarixində Şəki rayonunda "Yaz tarla işlərinin vaxtında və keyfiyyətlə aparılmasının kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının yüksəldilməsində rolu" mövzusunda regional müşavirə keçiriləcək. Nazirlikdən SİA-ya verilən xəbərə görə, tədbirdə Aparatın Bitkiçilik şöbəsinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin, Dövlət Fitosanitar Nəzarəti Xidmətinin, "Aqrolizinq" ASC-nin, Aqrar Elm Mərkəzinin, Şəki, Zakatala, Qax, Balakən, Oğuz, Qəbələ, Qobustan, Şamaxı, İsmayıllı, Ağsu, Göyçay rayonlarında fəaliyyət göstərən yerli qurumlarının və yerli icra hakimiyyəti orqanlarının nümayəndələrinin, eləcə də fermer və sahibkarların iştirakı nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə