Nazir müavini: “Ölkə başçısının fərmanı sahibkarlara stimul verəcək”

Nazir müavini: “Ölkə başçısının fərmanı sahibkarlara stimul verəcək”

"Ölkə başçısının ötən gün imzaladığı qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında fərman qeyri-neft sektoruna verilən əlavə dəstəkdir. SİA-nın xəbərinə görə, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ixracın stimullaşdırılması ölkə başçısının həyata keçirdiyi iqtisadi strategiyanın əsas tərkib hissəsidir: "Əsas məqsəd ondan ibarətdir ki, qeyri-neft məhsullarının ixracı zamanı gömrük bəyannamələrində göstərilən dəyərinin 3%-i dövlət vəsaiti hesabına sahibkarlara ödəniləcək. Təbii ki, bu, sahibkarlarımız üçün əlavə stimul və dəstəkdir. Bu cür tədbirlər həmin sahibkarların istehsal etdiyi məhsulların rəqabət qabiliyyətliliyini artıracaq".

Bütün xəbərlər Facebook səhifəmizdə