Cari ilin yanvar ayı ərzində informasiya və rabitə müəssisələri hüquqi və fiziki şəxslərə 130,4 milyon manatlıq xidmət göstərib ki, onun da 71,6%-i əhali sektoruna aid olub. SİA Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin həcmi 7,9% artıb, bu sahədə əldə edilmiş gəlirin 81,6%-i qeyri-dövlət sektorunun payına düşüb.
Xidmətlərdən əldə olunmuş gəlirlərin 49,5%-i və ya 64,6 mln. manatı mobil telefon rabitəsindən yaranıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB