"Əmlak bazarında qiymətlər 50-70 faiz deyil, 20-30 faiz ucuzlaşıb. Buna da səbəb alıcı qüvvəsinin olmamasıdır". Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Ceyhun Xəlilzadə deyib.
Ekspert bildirib ki, hazırda istər daşınmaz əmlak, istərsə də avtomobil bazarında alıcı qüvvəsi aşağıdır: "Həm daşınmaz, həm də avtomobil bazarında satışlar dollarla aparılır. Dollar bahalaşdıqdan sonra həmin qiymətləri manata çevirdikdə böyük fərq yarandı. Lakin alıcı qüvvəsi olmadığına görə, qiymətlər məcburi şəkildə ucuzlaşdı. İndiki şəraitdə insanlar yatırımlarını hara qoyacaqlarını dəqiqləşdirə bilmirlər. Qazanclarının çox hissəsini kreditlərə verən əhalinin ev almaqla bağlı planları dəyişdi ki, bu da təbiidir. Valyuta ilə bağlı qeyri-müəyyən hallar baş verdikdə insanlar öz fikirlərini cəmləyib hansı addımlar atacağını bilmirlər. Belə olan halda, Azərbaycanda daşınmaz əmlak, eləcə də digər bazarlar alıcı qüvvəsinin aşağı olmasından zərər çəkdi. Alıcının olmaması, qiymətlərə də təsirsiz ötüşmədi. Hazırda daşınmaz əmlak bazarında vaxtilə 150-200 min dollara satılan evlər bu gün manata çevrilərək, ən pis halda 120-130 min manata satılır. Bu da daşınmaz əmlak bazarının 50-70 faiz deyil, 20-30 faiz ucuzlaşdığını göstərir".
C. Xəlilzadə qeyd edib ki, əmlak bazarında enmələr baş verməyəcək: "Qalxma ehtimalı olmasa da, bir müddət qiymətlər stabil olaraq qalacaq. Dolların qiymətində stabillik, yəni az fərqlə qalxma və enmələr olana qədər qiymətlər dəyişməz olacaq. Dolların məzənnəsinin stabilləşməsi alıcı qüvvəsini çoxalda bilər. Alıcı qüvvəsi, tələbat artsa, o zaman qiymətlərin də bahalaşması qaçılmazdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB