Energetika Nazirliyində Apellyasiya Şurası yaradılıb

Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli "Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında" Fərmanının icrası olaraq, Energetika Nazirliyində Apellyasiya Şurası yaradılıb.

Energetika Nazirliyindən bildirilib ki, energetika nazirinin müavini Gülməmməd Cavadovun rəhbərlik etdiyi və 7 nəfərdən ibarət Apellyasiya Şurasına nazirliyin müvafiq şöbələrinin əməkdaşları daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə