Bakı Dairəvi yolunda köməkçi yol bağlanır

Bakı Dairəvi yolunda köməkçi yol bağlanır

Bu gün aparılacaq təmir işləri ilə əlaqədar olaraq Baki Dairəvi-1 Avtomobil yolunun "Şamaxinka" deyilən əraziyə doğru olan istiqaməti üzrə köməkçi yolla nəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılır. "Azəryolservis" ASC-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, təmir işlərinin axşam saatlarınadək aparılması nəzərdə tutulub.

Sürücülərdən aparılacaq işlərə anlayışla yanaşmaları və alternativ yollardan istifadə etmələri xahiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə