Avropa İnvestisiya Bankının (AİB) direktor müavini TANAP layihəsinə maliyyə dəstəyi verəcəklərini açıqlayıb. SİA-nın Anadolu Agentliyinə istinadən verdiyi məlumata görə, bankın direktor müavini Pim Van Ballekon hazırda bankın gündəmində TANAP layihəsinin olduğunu və bu layihə üçün 1 milyard avroluq maliyyə dəstəyinin ayrılacağını bildirib.
Onun sözlərinə görə, AİB bu maliyyə dəstəyini bir dəfəyə yox, hissə-hissə təmin edəcək.
Ballekom, Türkiyənin tələbi ilə enerji maliyyələşməsinin bankın əsas prioritetləri olacağını deyib: "Hazırda gündəmimizdə Trans Anadolu Təbii Qaz Boru Xətti (TANAP) layihəsi var. Bu böyük və stratejik layihə ümumilikdə 8 milyard dollardan çox maliyyə dəstəyi tələb edir. Layihə üçün 1 milyard avro istənildi. Bank bu məbləği bir dəfəyə deyil, mərhələli şəkildə təmin edəcəyik"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB