Eldar İbrahimov: “Xırda fermer təsərrüfatları kooperativlər şəklində birləşəcək"

Eldar İbrahimov: “Xırda fermer təsərrüfatları kooperativlər şəklində birləşəcək"

"Kənd təsərrüfatı kooperasiyası haqqında" qanun yeni inqilabi qanun layihəsidir. Bu qanun Milli Məclisdə birinci oxunuşdan keçib. Hazırda ikinci oxunuş üçün onun üzərində iş aparılır. Bunu Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında komitə sədri Eldar İbrahimov deyib.

O qeyd edib ki, sözügedən qanun layihəsinin aprel ayında plenar iclasda müzakirəyə çıxarılması planlaşdırılır.

E. İbrahimov bildirib ki, ölkəmiz bu sahədə artıq yeni sistemə keçir: "Paylanmış xırda fermer təsərrüfatları kooperativlər şəklində birləşəcək. Sözügedən qanun layihəsini bunun üçün qəbul edirik. Cənab Prezident tapşırıb ki, belə 50 iri təsərrüfat yaradılsın. Artıq bir çox təsərrüfatlarda bu işlər gedir".

Komitə sədri deyib ki, Taxtakörpü su anbarı altında 35 min hektar yeni sahə istifadəyə veriləcək: "Suvarılan sahələr Dəvəçi, Şabran, Xızı Abşerondur. Yeni istifadəyə verilən torpaqlar kənd təsətrrüfatı məhsullarının istehsalını artırmağa imkan yaradacaq. Hazırda elektron monitorinq aparılır. Peykimiz vasitəsilə boş torpaqlar çəkilir. Həmin boş torpaqlar da kənd təsərrüfatına cəlb olunacaq. Torpaqlardan 50 sentiner həcmində məhsul götürə bilsək, 15 milyon əhalini kənd təsərüffatı məhsulları ilə təmin etmək imkanımız olacaq".

E. İbrahimov kənd təsərrüfatının sığortası ilə bağlı da danışıb: "Bu sahədə bizdə olan qanun köhnədir. Onunla əlaqədar da planlarımız var".

Bütün xəbərlər Facebook səhifəmizdə