Dolların qiyməti sabit qaldı

Bu gün yanvarın 21-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətən məzənnəsi sabit qalıb. SİA-nın məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) yanvarın 22-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi yanvarın 19-da olduğu kimi 1,6028 manat olub.

Xatırladaq ki, AMB yanvarın 21-də USD/AZN rəsmi məzənnəsini yanvarın 22-si üçün 1,6028 səviyyəsində müəyyən edib.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası da 0,53% və ya 0,0093 manat azalaraq 1,7365 manata düşüb.

Manata nəzərən Rusiya rublunun məzənnəsi 0,0003 manat və ya 1,52% azalaraq 0,0194 manata düşüb.

  • 22.01.2016
    tarixdən etibarən
  • 1 USD1.6028
  • 1 EUR1.7365
  • 1 RUB0.0194

Bütün xəbərlər Facebook səhifəmizdə