"Büdcənin xərclər hissəsində lazımı düzəlişlər ediləcək". Bunu jurnalistlərə açıqlamasında maliyyə naziri Samir Şərifov deyib.
Maliyyə naziri bildirib ki, manatın yeni məzənnəsi ilə bağlı qiymət artımının təsirinin əhalinin ən həssas qrupları üçün azaldılması və yumşaldılması üçün müəyyən sosial imtiyazlar nəzərdə tutulur: "Bununla əlaqədar dövlət başçısının xüsusi tapşırığı var və tapşırığa uyğun olaraq, büdcədə də müvafiq düzəlişlər ediləcək".
Nazir qeyd edib ki, əmək haqlarının artırılması, məcburi köçkünlər üçün ərzaq müavinətlərinin verilməsi ilə bağlı maliyyə təminatının yaradılması, digər sosial müavinətlər üçün dövlət büdcəsinin xərclər hissəsində də müvafiq dəyişikliklərin edilməsinə zərurət yaranıb: "Azalan gəlirlərin təmin edilməsi üçün müəyyən tədbirlər görülməlidir. Gəlir mənbələrinin artımını təmin etməliyik. Bu məsələlər büdcə dəyişikliklərində əksini tapmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB