Dolların qiyməti 3 gün ərzində dəyişməyəcək

Dolların qiyməti 3 gün ərzində dəyişməyəcək

Azərbaycan Mərkəzi Bankı (AMB) yanvarın 11-ə olan ABŞ dollarının manata qarşı məzənnəsini açıqlayıb. AMB-dən SİA-ya verilən məlumata görə, yanvarın 11-ə USD/AZN rəsmi məzənnəsi 1,5642 səviyyəsində müəyyən olunub.

Beləliklə, dolların manata qarşı rəsmi məzənnəsi dəyişməyib. Belə ki, bu gün də USD/AZN rəsmi məzənnəsi 1,5642 olub.

Qeyd edək ki, bu məzənnə 9-11 yanvar tarixlərində qüvvədə olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə