"Tütün məmulatlarının qiymətləri tənzimlənən mal və xidmətlərin siyahısına daxil deyil. Siqaretin qiyməti yalnız bazarda tələb və təklif əsasında formalaşır". Bu fikirləri SİA-ya İqtisadiyyat və Sənaye Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Abbas Əliyev siqaretin bahalaşmasına münasibət bildirərəkən deyib.
Qeyd edək ki, bu gün səhər saatlarından Bakı şəhərinin ticarət obyektlərində tütün məmulatlarının qiyməti yenidən qalxıb. Məlumatlara görə, bahalaşma 0,5 manatdan başlayır. Birinci artım isə dekabrın 21-də Mərkəzi Bankın İdarə Heyətinin üzən məzənnə rejiminə keçidlə bağlı qəbul etdiyi qərardan sonra olmuşdu. Satıcılar bahalaşmanın səbəbini bilmədiklərini dilə gətirirlər. Hazırda bir sıra mağazalarda siqaretlərin satışına məhdudiyyət qoyulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB