Vahid Əhmədov: “Neftin qiyməti artsa, manatın dəyəri artacaq” AÇIQLAMA
"Milli valyuta ABŞ dollarına nisbətən ucuzlaşıbsa, bu o deməkdir ki, bütün sahələrə təsir olacaq. O cümlədən də ərzaq məhsullarının qiymətinə təsirsiz ötüşməyəcək". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili, iqtisadçı-ekspert Vahid Əhmədov deyib.
Millət vəkili bildirib ki, birdən-birə manatı bu qədər buraxmaq olmazdı: "Ayda iki qəpik, üç qəpik qaldırmaqla üzən məzənnə siyasətinə keçilməli idi. Manat bazarda öz dəyərini tapana qədər bu siyasət belə də davam edəcək. Əgər neftin qiymətində müəyyən artmalar baş verərsə, əlbəttə, manatının dəyəri artacaq. Yox əgər neftin qiyməti ucuzlaşmağa doğru gedərsə, o zaman manat da ucuzlaşacaq. Tələb var, təklif var. Bunlar ikisi bir-birindən asılı olan məsələdir. Avro, dollar bahalaşırsa, neft ucuzlaşmağa doğru gedirsə, bir sıra problemlər meydana çıxa bilər. Mərkəzi Bankın ehtiyyatı 15 milyarddan 5,5 milyarda düşdü. Ona görə də məcburi qaydada bu siyasətə keçildi. Düşüünürəm ki, bir qədər yumşaq devalvasiyaya keçilsəydi, daha yaxşı olardı".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB