Neftin bir bareli 100 dollar olacaq ŞOK Proqnoz

Neftin bir bareli 100 dollar olacaq ŞOK Proqnoz

2016-cı ilin sonunda neftin bir bareli 100 dollar olacaq. SİA-nın "CNBC"ə istinadən verdiyi məlumata görə, "Saxo Bank" hazırda neftin bir barelinin 40 dollardan aşağı olduğu halda bu rəqəmin 2016-cı ilin sonunda 100 dollar olacağını proqnozlaşdırıb.

Verilən proqnozda deyilir ki, OPEK üzvü olmayan şirkətlərin passivliyi bazarda durğunluq yaradıb, lakin 2016-cı ildə bu durğunluq sona çatacaq. Belə ki, 2016-cı ildə investorlar yenidən bazara daxil olacaq və bazarda hərəkətlilik müşahidə ediləcək. Bununla da 2016-cı ilin sonunda neftin bir bareli 100 dollara satılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə