Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə potensial ildə 54 milyon ton təşkil edir
Azərbaycanın Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) üzrə Avropaya yüklərin daşınması sahəsində potensialı ildə 54 milyon ton təşkil edir. Ukrayna Nəqliyyat Strategiyaları Mərkəzi portalının verdiyi məlumata görə, bunu Odessada "Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini İqbal Hüseynov "Avropa ilə Asiyanın birləşməsi: transkontinental marşrutlar sisteminin formalaşdırılmasına yeni baxış" beynəlxalq forumunda deyib.
O qeyd edib ki, TBNM layihəsinin bütün iştirakçıları Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsinə (2016-cı ildə gözlənilir) ehtiyac duyurlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB