“Dünya iqtisadiyyatı üçün 2016-cı ilin 8 ən böyük riski” AÇIQLAMA
"2015-ci ilin bitməsinə artıq az vaxt qalıb. Bu ilin çətin il olmasına baxmayaraq, 2016-ci ilin də asan il olmayacağı artıq məlumdur". Bunu SİA-ya fəlsəfə doktoru, ekspert Emin Əliyev deyib.
Onun sözlərinə görə, HSBC tərəfindən dünya iqdisadiyyatı üçün təhlükə yarada biləcək 8 əsas risk haqqında tədqiqat təqdim olunub. Həmin risklərə nəzər salmaq faydalı olar.
Birincisi, pul kredit siyasətinin iflic vəziyyətdə olmasıdır: "İnkişaf etmiş iqdisadiyyatlar pul kredit siyasətinin digər variantını seçə bilmirlər və ya artımı stimullaşdırmaq üçün yeni siyasət tədbiq etmək istəmirlər. Özünü təsdiq edən variantlar faktiki olaraq bitib, mövcud olanlar isə özünün aşağı effektivliyini nümayiş etdirdilər. Kəmiyyətin azalması (quantitative easing), mənfi uçot dərəcələri və fiskal siyasət – bunlar artıq sınanmış metodlardır. Yeni variantlar test etmək istəyənlər də demək olar ki yoxdur. Nəticə etibarı ilə gəlirlik əyriləri aşağı trend nümayiş edəcək, kredit spredləri genişlənəcək, xüsusilə inkişafda olan ölkələrdə səhmlərin dəyəri aşağı düşəcək.
İkincisi, neftin qiymətində sabitliyin olmamasıdır. 2014-cü ildən etibarən neftin qiymətinin 60% - dək düşməsi və hansı həddədək bu prosesi davam edəcəyi hələ də suallar doğurur. Lakin investorları narahat edə biləcək məsələ neftin qiymətinin artımıdır. Məsələ orasındadır ki, neftin hasilatı, istehsalı və nəql olunması onun qiymətinin düşdüyünə görə bəzi ölkələr üçün artıq rentabelli olmayacaq və bu səbəbdən dünya iqtisadiyyatı neftin defisiti ilə üzləşə bilər. Hasilat templərinin artırılmasına uzun müddət sərf oluna bilər. Təkcə ABŞ-da 2016-ci ildə neftin istehsalat həcmlərinin gündə 650 min barel azalması proqnozlaşdırılır. Karbohidrogen məhsullarının qiymətinin artması isə qlobal iqtisadi artıma mənfi təsir göstərə bilər. Neft istehsal edən ölkələr üçün, o cümlədən Azərbaycana bu çox müsbət faktor ola bilər. Valyuta bazarlarında rublun dəyərinin artması, yenanın isə azalması kimi turbulent vəziyyət hiss olunacaq.
Üçüncüsü, Böyük Britaniya BrExit-ə səs verəcək. Baş Nazir D. Kemeron referendumun 2017-ci ildə keçiriləcəyini söz verib. Lakin bu səsvermənin 2016-ci ildə olması ehtimalı da mövcuddur. Referendum baş tutmuş olsa və əhali öz ölkəsinin statusunu dəyişdirməyə səs versə investisiyalara və iqtisadi artıma təzyiq artacaq. Böyük Britaniyanın Avropa Birliyindən çıxması hər iki tərəfə təsir edəcək və ticarətin həcmlərinin kəskin azalmasına gətirib çıxaracaq və AB-yə sərbəst girişi saxlamaq üçün ölkəni çoxlu sayda şirkətlər tərk edə biləcək. Şotlandiya yenidən müstəqilliyi ilə əlaqədar referendum keçirə biləcək. BrExit baş verərsə analoji addımı Avropanın digər ölkələri ata bilər.
Dördüncüsü, periferiya ölkələrinin problemi aktuallaşacaq. Portuqaliyadakı seçkilər baş tutsa belə hökümət qarşısında çox ciddi islahatların aparılması çağırışı mövcuddur. İslahatlar arasında ən vacibi isə əmək və pensiya qanunvericiliyinin qəbul olunmasıdır. İspaniyada seçkilər dekabrın 20 keçiriləcək. Koalisiya hökuməti yaradılandan sonra maliyyə və bank sabitliyini təmin üçün islahatların aparılması zəzuridir. Yunanıstandakı islahatlar öz emplərinə görə kreditorları qane etmir. Belə ki, Avropa Birliyi Mərkəzi bankı Yunanıstan hökumətinin qiymətli kağızlarını təminat kimi qəbul edib növbəti maliyyə yardımlarını təmin etməsi üçün Yunaıstan hökümətinin siyasəti ciddi testlərdən keçməlidir. Ciddi siyasi, iqtisadi və sosial problemlər AB-dən periferiya ölkələrinin birinin qurumdan çıxması ilə nəticələnə bilər.
Beşincisi, birjalarda texniki nasazlıqlardır. Ticarət meydanları üçün avtomatik yüksək tezliklər rejimində reallaşan ticarət böyük problemə çevrilib. Nasazlıqlar ücbatından indekslərin dəyərlərinin 10% və daha artıq düşməsi ilə nəticələnə biləcək problemlər yaşanır, treyderlərin sifarişləri spontan olaraq icra olunur, stop əmrləri işə düşür, limitlər avtomatik rejimdə çalışır və s. HSBC analitikləri hesab edirlər ki, birjalarda və elektron meydançalardakı nasazlıqların təsiri bazarlara təzyiq edəcək. Qiymətli kağızların, o cümlədən ABŞ-ın dövlət istiqrazları da təsirsiz ötüşməyəcək.
Altıncısı, Çində korporativ defoltların sayının artmasıdır. Çində iqdisadiyyatın artım templəri azalmaqdadır. Ona görə 2016-ci ildə kreditləşmə mənbələrini əldə etmək daha da məhdudlaşdırılacaq bu isə çoxlu saylı şirkətlərin defolt riskini artıracaq. Bu tendensiya bir neçə seqmenti əhatə edə biləcək. HSBC-nin məlumatlarına görə 2016-ci ilin birinci yarısında əlavə maliyyələşdirmə əldə olunmasa ən az 30 iri şirkətin müflis olması riski qaçılmazdır. Defoltların əksəriyyəti aprel ayında baş verə biləcək. Problemli şirkətlərin əksəriyyəti dəmirəritmə və mədənçilik sektorlarındandırlar. Çində kredit mühitin pisləşməsi Çinin bütün aktivlərinə təsirsiz ötüşməyəcək.
Yeddincisi, ABŞ-da resessiya ilə bağlıdır. ABŞ dollarının güclənməsi ixracın və rəqabətliliyin məhdudlaşmasına görə korporasiyalarının gəlirlərinin azalmasının əsas səbəblərindən biri olacaq. Dünya iqtisadiyyatının zəif artımı ixracın vəziyyətini daha da gərginləşdirəcək. Fond bazarlarının düşməsi istehlak və biznes mühitinə təsir etdiyi üçün onların xərclərini də azaldır. Faiz dərəcələri sabit qalsalar belə, biznes yeni investisiyalar etmək riskini önə alacaq. Miqyaslı eniş isə iş yerlərinin azalması və kapital qoyuşların artmaması ilə nəticələnəcək. Korporasiyaların gəlirləri ilə vəziyyət sabitləşməsə 2016-ci ildə iqtisadi tənəzzül mümkün ola bilər.
Səkkizinci, FES-in siyasətidir. İnflyasiyanın artması FES-in monetar siyasətin sərtləşdirə və iqdisadiyyata əlavə təzyiq ilə nəticələnə biləcək. 2016-ci ilin axırında uçot dərəcəsinin 1.5% olması proqnozlaşdırılır. 2017-ci ildə isə bu rəqəmin 2.5% olması ola bilər. Məcmu tələbin artması tempinin azalmasına gətirib çıxara biləcək bu risk iqdisadiyyata gözlənildikdən daha rtıq təsir edə bilər. Nəticə etibarı ilə FES inflyasiya çağırışlarına daha aqressiv reaksiya verəcək və monetar siyasəti daha da sərtləşdirəcək. Belə olan halda iqdisadi fəallıq azalacaq və maliyyə bazarlarında volatillik müşahidə olunacaq. İnkişafda olan ölkələr buna hazır olmaya bilərlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB