“SOCAR-Georgia” tarixi binanı bərpa etdirir FOTOLAR

“SOCAR-Georgia” tarixi binanı bərpa etdirir FOTOLAR

SOCAR-ın Gürcüstandakı nümayəndəliyinin həyata keçirdiyi layihələrin ümumi stratgeiyasına ətraf mühitə, ekologiyaya, şəhərin memarlıq görüntüsünə ziyan vurulmaması, mədəniyyət abidələrinə tam ehtiyatla yanaşılması prinspiləri daxildir. Sİa-nın xəbərinə görə, bu prinsiplərə sadiq qalaraq, şirkət Tbilisidəki nümyənədliyinin ərazisində olan tarixi binanın bərpasına qərar verib. 1900-1905-ci illərdə memar Aleksandr Şimkeviç tərəfindən ucaldılmış bina əvvəlcə yeləşdiyi küçənin səviyyəsinə qaldırılacaq, sonra isə rekosnstruksiya ediləcək.

Binanın qaldırılması işi iki il əvvəl Bakıda tarixi binanın yerinin dəyişdirilməsi kimi unikal layihəni həayata keçirmiş Hollandiyanın Bresser şirkətinə həvalə olunub. Tbilisidə tarixi binanın qaldırılması texniki mənada Cənubi Qafqazda və qonşu regionlarda ilk belə unikal layihə olacaq. Bina 3,4 metr hündürlüyə qaldırılacaq, fundamenti möhkəmləndirildikdən sonra bərpa edilərək, "SOCAR-Georgia"-nın qonaq evi kimi istifadə olunacaq. Bu layihə Tbilisi meriyası, Gürcüstanın Mədəniyyət Nazirliyi, Mədəni İrsin qorunması üzrə Milli Agentlik tərəfindən dəstəklənib.

Bütün xəbərlər Facebook səhifəmizdə