Azərbaycan COMCEC-in iclasında təmsil olunub

Azərbaycan COMCEC-in iclasında təmsil olunub

İstanbulda İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) 31-ci iclası keçirilib. İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbirdə davamlı inkişafın hədəfləri və 2015-ci ildən sonrakı inkişaf istiqamətlərinə dair məsələlər müzakirə olunub.
Azərbaycanı tədbirdə iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
İclasda COMCEC-ə üzv ölkələrin tarixi abidələrinin qorunması və təbliğinə dair stendlər də nümayiş olunub. Azərbaycana dair stenddə ölkəmizdəki arxeoloji turizm obyektlərində görülən işlərə dair ingilis və ərəb dillərində məlumatlar və fotolar yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə