Dövlət Neft Fondunun inzibati binası ilə tanışlıq keçirilib YENİLƏNİB FOTOLAR
Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondunun inzibati binası ilə tanışlıq keçirilib. SİA-nın məlumatına görə, ilk öncə ARDNF-nin binasında KİV nümayəndələrinin iştirakı ilə otaqlara baxış keçirilib, bina haqqında məlumat verilib. Bildirilib ki, binanın divarlarında xalçaçılıq sənətinin müxtəlif nümunələri öz əksini tapıb. Daha sonra "Azərbaycan Respublikası Dövlət Neft Fondu: Vəsaitlərin idarə edilməsi prosesi və investisiyalar mövzusunda seminar keçilib. Seminarda Risklərin idarə edilməsi departamenti və İnvestisiya departamentinin əməkdaşları Dövlət Neft Fondu haqqında məlumat verərək suveren fondlar haqqında danışıblar. Təsnifat, hüquqi baza, idarəetmə anlayışlarına aydınlıq gətirilib. Fondun büdcə proqnozlaşdırma və layihələndirmə departamentinin əməkdaşı isə jurnalistlər qarşısında çıxış edərək Dövlət Neft Fondunun ölkə iqtisadiyyatında yeri və rolu barədə məlumat verib. Seminarda Neft Fondunun gəlir və xərclərinin proqnozlaşdırılması müzakirə olunub.
Seminarda çıxış edən Fondun Risklərin idarə edilməsi Departamentinin rəhbəri Bəhruz Bəhramov bildirib ki, Azərbaycan Dövlət Neft Fondu ARDNF) 2016-cı ildə aktivlərini hazırkı səviyyədə saxlayacaq: "Gələn il Fonddan dövlət büdcəsinə transfertlərin həcmi 6 mlrd. manat həcmində nəzərdə tutulub. Amma növbəti illərdə bu azaldıla bilər ki, bu da aktivlərin qorunmasına yönəldilib. Tansfertlər azaldılmaqla yığıma yönəldiləcək".
Bəhruz Bayramov xatırladıb ki, 2015-ci il oktyabrın 1-nə ARDNF-in məcmu aktivləri ilin əvvəlinə nisbətən 6,4% azalaraq 34,738 mlrd. dollara bərabər olub.
Çıxış edən ARDNF-in İnvestisiyalar Departamentinin əməkdaşı Elnur Babayev bildirib ki, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) ABŞ fond bazarında səhmlərə yatırdığı kapitalı Avropa fond bazarının eyni seqmentinə transfer edə bilər: "Yaxın vaxtlarda ABŞ-da uçot dərəcəsinin artması səbəbindən fond bazarında investorların saxladıqları səhmlərin satışına başlanacağından, ARDNF oradakı sərmayələrini minimuma endirmək qərarına gəlib".
Elnur Babayev qeyd edib ki, ARDNF-in investisiya siyasəti uzunmüddətli olduğundan və gələcək nəsillərin rifahı üçün nəzərdə tutulduğundan, investisiyaların çox az hissəsinin çevik və aktiv idarə olunur: "Səhm investisiyaları gəlirli, lakin risklidir. Portfelin yalnız 2,6 mlrd. dollara yaxın hissəsinin bu qiymətli kağızlara yönəlir. Son 3 ildə "MSCI Europe" indeksinə (140 şirkətin səhmləri) yatırımlardan 40% gəlir əldə edən ARDNF səhm bazarında iştirakını genişləndirmək və sərmayələrini artırmaq fikrindədir".
Qeyd edək ki, seminar sabah da davam etdiriləcək.





İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB