Neft hasilatı azaldılacaq Açıqlama

"Neft hasilatının azaldılmasına məsələsinə baxılacaq". Bu sözlərin SİA-ya açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban yaxın zamanlarda dolların qiymətinin artması ilə bağlı bunun neftin qiymətinə olan təsirindən danışıb.

Onun sözlərinə görə, hazırda ABŞ valyutasının artması nəinki özünü neftin qiymətinə, eyni zamanda xammal qiymətlərinə də göstərəcək: "Həm neft, həm də xammalın qiymətində ucuzlaşmanın şahidi olacağıq. Bu, xüsusilə metal qiymətlərində müşahidə olunacaq. Eyni zamanda bu ucuzlaşma özünü digər xammal qiymətlərində də göstərəcək. Dollar bahalaşma ehtimalı dekabrda keçiriləcək Federal Rezerv Sisteminin (FED) toplantısı ilə bağlıdır.

Ucuzlaşma dövründə bir növ ziyana düşməmək üçün artıq indidən bazara daha çox xammal çıxarılmağa başlayıb".

Digər bir məqama da toxunan ekspert bildirib ki, dekabrın 4-də OPEK-in növbəti toplantısı keçiriləcək və bu toplantıda qəti olaraq gələn il üçün kvotalara baxılacaq: "Burada OPEK daxili və OPEK xarici ölkələrin uzlaşdırılması nəticəsində neft hasilatının azaldılmasına məsələsinə baxılacaq. Təqribən 1 milyon bareləcən neftin ixtisar edilməsi gündəmdədir.

12 OPEK ölkəsi üzvləri arasında qol çəkib razılıq əldə edilsə də reallıqda buna əməl etmək o qədər də asan olmayacaq. Çünki OPEK xarici ölkələr hasilatı artırmaqla onların yerini tuta bilər. Bununla da neft qiymətlərinin düşməsi bazara çox böyük zərbə endirə bilər".

O qeyd edib ki, digər bir maraqlı situasiya daha var: "Baxmayaraq ki, biz üzü qışa doğru gedirik və neftə tələbat artır, bununla da neftin qiymətində müəyyən artım nəzərə çarpır. Lakin digər tərəfdən İran nefti bazara çıxır və bununla da neftə olan tələbatı ödənilir və tələbat azalır. Hazırda belə bir qarışıq situasiya hökm sürür".

Bütün xəbərlər Facebook səhifəmizdə