“Kitabi-Dədə Qorqud”la bağlı poçt markası

“Kitabi-Dədə Qorqud”la bağlı poçt markası

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Azərmarka" MMC yeni poçt markası nəşr etdirib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, marka şifahi xalq ədəbiyyatımızın qədim yazılı abidəsi olan "Kitabi-Dədə Qorqud" dastanının alman şərqşünası Henrix Fridrix fon Dits tərəfindən alman dilinə ilk tərcüməsi və nəşrinin 200 illiyi münasibəti ilə buraxılıb.

Poçt markasının nominal dəyəri 0,5 manata bərabərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə