2015-ci ilin sentyabr ayında əvvəlki ayla müqayisədə nəqliyyat sektorunda yükdaşıma qiymətləri 1,9% bahalaşıb. SİA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, ay ərzində dəniz nəqliyyatında yükdaşıma qiymətləri 0,2% ucuzlaşıb, hava nəqliyyatında 8,7%, boru kəməri nəqliyyatında neftin nəql olunması qiyməti 0,9% bahalaşıb, qazın nəql olunması qiyməti isə sabit qalıb.
Dəmir yolu və avtomobil nəqliyyatında isə yükdaşıma qiymətlərində dəyişiklik müşahidə olunmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB