Məlahət İbrahimqızı: "Avropada “kəmər sıxma” əməliyyatı aparılır" AÇIQLAMA

Məlahət İbrahimqızı: "Avropada “kəmər sıxma” əməliyyatı aparılır" AÇIQLAMA

"Dünayda gedən ağır prosesləri, böhranı nəzərə alsaq, 2016-cı ilin dövlət büdcəsi mükəmməl hazırlanıb". SİA-nın məlumatına görə, bu sözləri Milli Məclisin plenar iclasında deputat Məlahət İbrahimqızı deyib. O, artıq Avropadakı bir çox ölkələrdə "kəmər sıxma" əməliyyatı aparıldığını, ancaq Azərbayan iqtisadiyyatının davamlı şəkildə inkişaf etdiyini qeyd edib: "Ölkəmiz Prezident İlham Əliyevin düşünülmüş, uğurlu siyasəti nəticəsində dünyada gedən neqativ proseslərdən yan keçir. İqtisadiyyatımızın inkişafı davam edir. Azərbaycanda işsizliyin aradan qaldırılması, təhsil və səhiyyə sahələrində aparılan islahatlara nəzər salsaq, ölkəmizin böyük nailiyyətlər əldə etdiyini görmüş olarıq".

Millət vəkili Azərbaycanda qeyri-neft sektorunun inkişafına xüsusi önəm verildiyini, kənd təsərrüfatının prioritet istiqamət kimi götürüldüyünü vurğulayıb. O, bütün bunların 2016-cı ilin büdcə layihəsində öz əksini tapdığnı qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə