Azay Quliyev: "Azərbaycanın iqtisadi artım tempi MDB üzrə orta göstəricidən 6 dəfə çoxdur" AÇIQLAMA
Milli Məclisdə 2016-cı ilin dövlət büdcəsi layihəsinin müzakirəsi davam edir. SİA-nın məlumatına görə, müzakirələrdə iştiak edən millət vəkili Azay Quliyev 2016-cı ilin büdcə layihəsinin qlobal iqtisadi böhran ərəfisində, neftin qiymətinin kəskin aşağı düşməsi fonunda hazırlandığını və xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. O, büdcənin müqayisəli təhlilinin çox əhəmiyyətli olduğunu qeyd edib: "Hesab edirəm ki, digər ölkələrin müvafiq göstəriciləri ilə müqayisə aparılmalıdır. MDB üzrə orta göstəricidən Azərbaycanın iqtisadi artım tempi 6 dəfə çoxdur. Hətta bu artım tempi Avropanın bir sıra ölkələrini qabaqlayır. Azərbaycan büdcəsində, nəhayət qeyri-neft sektorunun payı artıb. Artıq Azərbaycan iqtisadiyyatı neftdən asılılığını kifayət qədər azaldır.
Büdcəyə daxilolmaların azalmasına baxmayaraq, əsas prioritet istiqamətlər üzrə artım müşahidə edilir. Məsələn, əmək haqqının ödənilməsinə yönəldilən xərclərin 21,7, təqaüdlər və sosial müavinətlər üzrə xərclərin 11,2, ümumi dövlət xərclərinin 21,2 faiz artırılması büdcənin ən uğurlu göstəricilərindən hesab olunur. Azərbaycanda müdafiə xərcləri 4,4 faiz artacaq. Hesab edirəm ki, bu, bizim düşmən ölkəyə olan növbəti mesajımızdır".
Deputat qeyd edib ki, büdcə gəlirlərinə görə mütləq reytinqi regionda yenə də Azərbaycan saxlayır.
A.Quliyev eyni zamanda 30 min iş yerinin bağlanmasının ciddi mesaj olduğunu qeyd edib: " 67 min iş yeri açılıb, onun 30 mini bağlanılıb. Düşünürəm ki, bu, bizim büdcənin diqqət göstərəcəyi əsas məslələrdən olmalıdır. İxracyönümlü iqtisadiyyatın dəstəklənməsi, vergi güzəştləri, yaxud vergi mexanizmləri vasitəsilə stimullaşdırılmaq da çox mühüm məsələlər sırasındadır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB