Torpaq Məcəlləsinə dəyişiklik ediləcək

Torpaq Məcəlləsinə dəyişiklik ediləcək

Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə dəyişiklik ediləcək. SİA-nın məlumatına görə, sözügedən məsələ bu gün Milli Məclisin Aqrar Siyasət komitəsinin iclasında müzakirə olunub. İclasda qeyd olunub ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 56-cı maddəsinin 2-ci hissəsinin dördüncü cümləsinə "vətəndaşlarının mülkiyyətinə" sonra "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan respublikası Qanunun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla" sözləri əlavə edilsin.

Dəyişiklikdən sonra Məcəllənin 56-cı maddəsinin 2-ci bəndini nəzərinizə çatdırırıq:

Maddə 56. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsasları

2. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunun torpaq sahələri, habelə kənd təsərrüfatına az yararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərti ilə hüququ və fikir şəxslərin icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı 5 il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə