Nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə aparılan kompleks tədbirlər çərçivəsində Binəqəqdi rayonunda bir-neçə küçənin kəsişmələrinin təmirinə başlanılıb. Söhbət Atatürk prospektinin hər iki istiqamət üzrə Səttar Bəhlulzadə küçəsinin kəsişməsindən Əcəmi Naxçıvani küçəsinin kəsişməsinədək olan hissələri, uzun müddətdir ki, təmir olunmadığı üçün yolun hərəkət hissələri sıradan çıxmış Şövkət Məmmədova küçəsinin Əcəmi Naxçıvani küçəsinin kəsişməsindən Cəfər Xəndan küçəsinin kəsişməsinədək olan hissəsi və Əcəmi Naxçıvani küçəsinin Ağa Sadıq Gəraybəyli küçəsinin kəsişməsindən Atatürk prospektinin kəsişməsinədək olan hissəsindən gedir.
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qurum tərəfindən sözügedən küçələrin ümumilikdə 970 metrlik hissələrində təmir-tikinti işləri aparılır. Təmir-tikinti işləri çərçivəsində köhnə asfalt-beton örtyünün üst qatı qaşınaraq ərazidən daşınıb. Ehtiyacı olan yerlərdə yol yatağı bərkidiləndən sonra bu əraziyə yeni asfalt-beton örtüyü döşənəcək. Ümumilikdə burda 12500 kvadrat metr ərazidə asfaltlanma işləri aparılacaq və 1500 paqon metr köhnə səki daşı yenisi ilə əvəzlənəcək. Artıq bu istiqamətdə də işlərə start verilib.
Şəxsən Nəqliyyat naziri və "Azəryolservis" ASC rəhbərliyinin nəzarəti altında aparılan təmir-tikinti işləri zamanı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənəcək, zəruri olan yerlərdə səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulan yağış barmaqlıqları də dəyişdiriləcək. Bütün işlər yüksək keyfiyyətlə tərtib olunmuş qrafikə uyğun həyata keçirilir və tez bir zamanda yekunlaşdırılması planlaşdırılır.
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC yaranmış müvəqqəti narahatçılığa görə üzr istəyir və sürücüləri görülən işlərə anlayışla yanaşmağa çağırır.





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB