İpoteka təklifləri asanlaşdırılacaq Şad Xəbər

"İpoteka kreditlərinin yüngülləşdirilməsi ilə bağlı layihə Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Mərkəzi Bankın birgə təşəbbüsü ilə hazırlanıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi isə sadəcə olaraq bu layihəni dəstəkləyir". Bu barədə SİA-ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elgün Səfərov məlumat verib.

O bildirib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hazırladığı bir layihə deyil. Sadəcə bu barədə məlumatı Sədaqət xanım mətbuat vasitəsilə çatdırıb: "Bununla bağlı artıq Milli Məclisin gündəliyində də layihə var. Biz bu layihənin verilməsində iştirak etməmişik. Amma layihəyə dəstək oluruq. Bizim tərəfdən ipoteka ilə bağlı strukturun daha da asanlaşdırılması ilə bağlı təklif verilib. Bu təklif vətəndaşların ipoteka kreditləri əldə etməsini yüngülləşdirəcək. Komitə olaraq layihənin qəbulunu gözləyirik. Layihə qəbul olunduqdan sonra komitə layihəyə dəstək olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə