2015-ci ilin avqust ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 9643 metr qazma işi həyata keçirib. SİA-nın SOCAR-ın saytına istinadən verdiyi məlumata görə, bu sahədə görülmüş işlərin hamısı istismara aid olub.

Ümumiyyətlə, 2015-ci ilin yanvar-avqust aylarında SOCAR üzrə (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 73 963 metr (ötən ilin analoji dövrü ilə müqayisədə 17,24 faiz az) qazma işi görülüb ki, bunun da 72 963 metri istismara, 1000 metri isə kəşfiyyata aid olub.

Qeyd edək ki, avqust ayı ərzində qazmadan alınmış 3, ilin əvvəlindən isə 45 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə