Bu günlərdə "Günəşli" yatağındakı 14 nömrəli dərin dəniz özülündən 412 nömrəli quyu aparılmış geoloji tədbirdən sonra istismara verilib. SOCAR-dan SİA-ya verilən xəbərə görə, quyu məhsuldar qatın X horizontundan əlavə süzgəc açıldıqdan sonra qazlift üsulu ilə məhsul vermiş, 2887-2880 metr intervaldan sutkalıq 25 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.
Quyuda istismar işləri "Azneft" İstehsalat Birliyinin "28 May" Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB