Nəsimi Paşayev: “Təcrübə mübadiləsinin aparılması müzakirə edilib” AÇIQLAMA
"Moskva Metropoliteni nümayəndələri Bakıya səfər etdilər və Bakı Metropoliteni rəhbərliyi ilə görüş keçirildi". Bu sözləri SİA-ya açıqlamasında "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib. Onun sözlərinə görə, Moskva Metropoliteninin nümayəndələri Bakıda səfərdə olarkən, burada metronun şəraiti ilə tanış olub, tədris mərkəzində kurs keçən tələbələrə sertifikatlar təqdim olunub. Bundan sonra birlikdə əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıb: "Onlar metromuzu gəzərək buradakı şəraitlə tanış oldular. Moskva Metropolitenin rəhbərliyi ilk dəfə idi ki, Bakıya səfər gerçəkləşdirirdi. Bakıda maşinistlər üçün tədris məktəbində kurs keçən müəllimlərlə tanış olundu. Kursu qurtaran tələbələrə sertifikatlar təqdim olundu. Gələcəkdə birgə layihələrdə iştirak etməklə bağlı fikir mübadiləsi aparılıb. Lakin konkret hansı layihə ilə bağlı birgə əməkdaşlıq qeyd olunmayıb. Onlar öz niyyətlərini bildirdilər ki, gələcəkdə qarşılıqlı şəkildə əməkdaşlığa davam edə bilərik. Təcrübə mübadiləsinin aparılması məsələsi də müzakirə edilib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB