"Qlobal böhran qlobal siyasətin nəticəsidir" AÇIQLAMA

"Qlobal böhran qlobal siyasətin nəticəsidir" AÇIQLAMA

"İndiki qlobal böhran yalnız iqtisadi səbəblərə söykənmir". Bu sözləri SİA-ya açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı ekspert Vüqar Bayramov deyib.

O, dünya iqtisadçılarının qlobal böhran proqnozları ilə bağlı danışarkən bu böhranın neft qiymətləri ilə olan əlaqəsinə də toxunub: "Dünya bazarında qlobal böhranın yaranmasına səbəb bir neçə əsas faktor ola bilər. Birincisi dünya bazarında neftin qiymətinin süni şəkildə aşağı salınması və neft sektorunda çalışan investorların bundan ziyan görməsidir. Bu cür süni artımlar siyasi faktorlara əsasən həyata keçirilir. Ümumiyyətlə indiki qlobal böhran yalnız iqtisadi səbəblərə söykənmir. Bura iqtisadiyyatdan kənar faktorlar da təsir edir. Bu gün iqtisadiyyat müəyyən siyasi mövqe ətrafında idarə olunur. Bəzi strateji məhsulların o cümlədən neftin qiymətinin aşağı salınmasına edilən səylər, qərb investorlarının səhm bazarından daha çox gəlir əldə etmə istəyi birbaşa olaraq qlobal böhranın baş verməsinə gətirib çıxarıb.

Əslində bu qlobal böhran eyni zamanda müəyyən bir mesaj da ola bilər. Dünya iqtisadiyyatının siyasi faktorlar əsasında idarə edilməsi və siyasi faktorlara söykənən qələbə ilə fəxr edilməsi doğru deyil. Təəssüf ki, buna görə qlobal iqtisadiyyat buraxılan nöqsanlar nəticəsində böhranın eşiyindədir".

Bütün xəbərlər Facebook səhifəmizdə