Bu günlərdə "Günəşli" yatağındakı 8-ci özülüzdən 303 nömrəli quyu aparılmış geoloji tədbirdən sonra istismara verilib. Dövlət Neft Şirkətindən SİA-ya verilən xəbərə görə, quyu Fasilə Lay Dəstəsindən əlavə süzgəc açıldıqdan sonra 2975-2960 metr intervaldan sutkalıq 17 ton kondensat və 163000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.
Quyuda istismar işləri "Azneft" İstehsalat Birliyinin "28 May" Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB