"Bu il məhsul bolluğu var. Bu məhsulun satışını, qorunmasını, saxlanmasını, təhlükəsizliyini təmin etmək özlüyündə də bir problemdir". Bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri Heydər Əsədov söyləyib.
Nazir bildirib ki, yarmarkaların fəaliyyətində müəyyən fasilə əmələ gəlib: "Fasilənin səbəbini Bakı şəhər İcra Hakimiyyəti Kənd Təsərrüfatı nazirliyinə müraciət edərək bir sıra əhali kütləsinin, əsasən də Xətai rayonun sakinləri Bakı şəhər İcra Hakimiyyətinə müraciət edərək bu yarmarkaların onların iş və yaşayış şəraitinə mane olduğunu əsas gətirərək müraciətlər daxil olur. Ona görə də Bakı şəhər İcra Hakimiyyəti belə qərara gəldi ki, bu sahələri monitorinq edilsin və ünvan dəyişikliyi etməyə qərar verilsin. Bildiyiniz kimi yeni formatda yarmarkalar gətirilib. Onların quruluş avadanlıqları, nəzarət sistemləri mövcuddur. Sadəcə bu ünvan dəyişikliyi məsələsində hələlik ki, son qərar yoxdur. Yəqin ki, Bakı şəhər İcra Hakimiyyəti ilə bu yaxın zamanda Ramazan bayramından sonra görüşüb, bu məsələni həll edəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB