7-8 İyul 2015-ci il tarixlərində Avropa İttifaqı Texniki Yardım və İnformasiya Mübadiləsi (TAİEX) Proqramı və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi ilə əməkdaşlıq çərçivəsində "Torpaqların konsolidasiyası və iri fermer təsərrüfatlarının yaradılması" mövzusunda 2 günlük seminar keçirilir. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, seminarın əsas məqsədi potensial benefisiar qurumlar və digər tərəfdaşlara Aİ standartlarına uyğunlaşmaq üçün torpaqların konsolidasiyası və aqrar torpaq bazarının təşkili sahələrində Aİ-nın qaydaları ilə tanış olmaq və müxtəlif Aİ-yə üzv dövlətlərin ən yaxşı təcrübələrini öyrənməkdir.
Tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri İlham Bayramov Avropa İttifaqı ilə Azərbaycan arasında aqrar sahədə əməkdaşlığa önəm verildiyini, belə tədbirlərin nazirliyin təsdiq edilmiş tədbirlər planının tərkib hissəsi olduğunu, torpaqların konsolidasiyasının və iri fermer təsərrüfatlarının yaradılmasında bu seminarın əhəmiyyətini vurğulamış, həmçinin MDB məkanında torpaq islahatlarının ilk dəfə ulu öndər Heydər Əliyev tərəfindən həyata keçirildiyini seminar iştirakçılarının diqqətinə çatdırdı və son dövrlərdə ölkəmizdə kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatlar, ölkə rəhbərliyinin aqrar sahəyə göstərdiyi diqqət və qayğı, aqrar sahənin inkişafı ilə bağlı qəbul olunmuş qərar və sərəncamlar barədə geniş məlumat verdi.
Seminarda Azərbaycandak bu sahədə mövcud vəziyyət, torpaqların konsolidasiyası məsələsinin Aİ-nin kənd yerlərinin inkişafı siyasətlərində təcəssümü və torpaqların konsolidasiyası ilə Vahid Kənd Təsərrüfatı Siyasəti arasında əlaqə, Torpaqların konsolidasiyası tədbirlərinin ən yaxşı təcrübələrinin Aİ-nin üzv dövlətlərinin aqrar inkişaf proqramlarında təcəssümü, Aİ üzv ölkələrində torpaq konsolidasiya prosesləri üsulları, Litvadan xüsusi nümunə, Avropada torpaq bankları və onların fəaliyyət mexanizmləri, Aqrar torpaq bazarı və Aİ-na üzv dövlətlərdə torpaqların yenidən formalaşdırılması və təsərrüfat strukturlarının nizamlanması vasitəsilə torpaq parçalanmasını aradan qaldırmaq, Torpaqların tərk edilməsinin qarşısını alan siyasət nümunələri və s. mövzular üzrə çıxışlar dinlənildi və müzakirələr aparıldı.
Tədbirdə Kənd Təsərrüfatı nazirliyinin və digər dövlət qurumlarının, Avropa İttifaqına üzv Dövlətlərin səfirliklərinin, Beynəlxalq təşkilatların və fondların nümayəndələri iştirak edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB