Təbii qaz ehtiyatını təhlükəsiz və etibarlı etmək istəyən Macarıstan, Türk Axını və TANAP layihələrində iştirak etmək istəyir. SİA-nın məlumatına görə, Macarıstan istifadə etdiyi təbii qazın 80 faizini Ukrayna vasitəsilə Rusiyadan alır. Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar və Rusiyanın Ukrayna vasitəsilə nəql etdiyi qazı kəsdikdən sonra, Macarıstan, təbii qaz təminatını siğortalamaq üçün alternativ layihələrə yönəlib. Rusiya qazını Avropaya daşıyacaq Cənub Axını layihəsinin ləğv edilməsindən sonra , Rusiya Dövlət Başçısı Vladimir Putin, Rusiya qazını Avropaya Türkiyə üzərindən nəql edəcəyini açıqlamışdı. Avropa İttifaqının qarşı çıxmasına baxmayaraq Cənubi Axını layihəsinə dəstək verən Macarıstan layihənin ləğv edilməsindən sonra 63 milyard kubmetr tutuma malik Türk Axını layihəsinə daxil olmaq istədiyini bildirib.
Macarıstanın Baş naziri Viktor Orban və bu ilin fevral ayında Vladimir Putinlə görüşü zamanı bildirmişdi ki, Türk Axını layihəsi Yunanıstan sərhədindən keçərək Makedoniya və Serbiya vasitəsilə Macarıstana uzanarsa, bu layihə investisiya sahəsində əlaqələrin yaxşılaşmasına təkan verəcək. Bundan başqa o, layihədə iştirak edən Türkiyə ilə əlaqələrin daha da güclənəcəyini qeyd etmişdi. Həmin görüşdə Putin də Macarıstanın Türk Axınına daxil olmaq istədiyini təsdiq etmişdi.
Macarıstanın Baş naziri Azərbaycan qazını Avropaya daşıyacaq Cənub Qaz Dəhlizi layihəsinin enerji baxımında ən güvənli layihə olduğunu vurğulamışdı. Macarıstanın Energetika naziri Andras Aradszki, Macarıstan üçün təbii qaz ehtiyatlarının təhlükəsizliyi barədə danışıb. Trans Anadolu Təbii qaz Boru Xətti layihəsini (TANAP) "cığır açan bir layihə" olduğunu və yaxından təqib etdiyini ifadə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB