"Müasir şəraitdə risklər artdığından sığorta olunmaq vacibdir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Əli Əlirzayev deyib. O bildirib ki, imkanlar artıqdca, risklər də artır və buna görə hər kəs özünü sığortalamağa çalışır.
Ekspertin sözlərinə görə, hər kəsin həyat sığortası olmalıdır: "Müasir şəraitdə təsərrüfatda, idarəetmədə, həyat fəaliyyətində, iqtisadi və sosial risqlər artıb. Belə olan halda məcburi sığorta problemi meydana çıxır. Sığorta olan zaman insan ona dəyən ziyanın azaldılmasına şərait yaratmış olur. Əmək və Əhalinin Sosial Müdafiəsi Fondu tərəfindən ayrı-ayrı müəsisələrin, sahibkarların fəaliyyəti nəzarət olunur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əmək müqavilələri bağlanır ki, bu da əhalinin sığortalanmağa meylinin artmasına səbəb olur. Bundan əlavə ölkəmizin xarici-iqtisadi əlaqələr genişlənir, Azərbaycana gələn turistlərin, həmçinin xaricə gedənlərin sayı artır, o baxımdan sığortalanmaq mühüm amilə çevrilir. Sığortalanmağın insanlara xeyri var. Bu gün sığorta bazarında 11 faiz artım müşhidə olunur. Bu yaxşı göztəricidir. Bunu artırmaq cəmiyyəti risklərdən sığortalamaq deməkdir".
Səbiyyə Əliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB