“Restoranlar və avtomobil təmiri ilə məşğul olanlar yoxlanılacaq” AÇIQLAMA

“Restoranlar və avtomobil təmiri ilə məşğul olanlar yoxlanılacaq” AÇIQLAMA

"Bu ilin sonunadək, hər rübün birinci həftəsi təhlükəsiz iş həftəsinin keçirilməsi nəzərdə tutulurdu". SİA-nın məlumatına görə, bu sözləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) rəisi Fuad Əlizadə jurnalistlərin suallarını cavablandırarkən deyib. Onun sözlərinə görə, əvvəl hər rübdə bir həftəlik təhlükəsiz iş həftəliyi nəzərdə tutulsa da, daha sonra təhlükəsiz iş aylığının keçirilməsi qərarı verilib. İlin sonuna qədər restoranlar və avtomobil təmiri ilə məşğul olan iş yerləri DƏMX tərəfindən yoxlanılacaq: "Bəzi həftələrdə qısa iş günləri olduğundan ümumiyyətlə təhlükəsiz iş aylığı keçirməyi qərara almışıq. İlin sonuna qədər avtomobil təmiri ilə məşğul olan iş yerləri və restoranlarla bağlı təhlükəsiz iş aylığı keçiriləcək. Bu ilin sonunadək daha 2 dəfə iş aylığını keçirməyi nəzərdə tuturuq".

Bütün xəbərlər Facebook səhifəmizdə